İnsanlar 20 yaşına kimi daha az xəstələnir

Hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən verilən məlumata əsasən, ölkəmizdə qızılca xəstəliyinə yoluxma halları gözləniləndən daha artıqdır. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib.

“İnsanlar 20 yaşlarına kimi daha az xəstəliklərə tutulurlar”.

Bunu Metbuat.az-a açıqlamasında endokrinoloq Səadət Fətəliyeva deyib.

Onun sözlərinə görə, bu, epifiz vəzinin ifraz etdiyi hormonlarla bağlıdır:

“İnsandakı Anti-Gonadotropin hormonu onun 20 yaşına kimi xəstələnməsinə icazə vermir. 20 yaşından sonra bu hormon zəiflədiyindən, insanlar xəstəliklərə yoluxa bilirlər.

Bəs Anti-Gonadotropin hormonunun fəliyyəti nədir?

Bu hormon cinsi yetişkənliyin üstündən basır. Hormonun zəifləmə dövrü qızlarda 13, oğlanlarda isə 14-15 yaşından başlayır, amma 20 yaşına kimi müəyyən fəaliyyət göstərir. Bütün xəstəliklərin bəlası əslində budur. Məsələn, 20 yaşına kimi insanlar zob xəstəliyiylə bağlı daha az müraciət edirlər. Müraciət edənləri müayinə etdiyimiz zaman onlarda bu xəstəliyin irsi olaraq yarandığı müəyyən olunur. Qızılca da həmçinin. Epidemiyadan qorunmaq üçün mütləq peyvənd etdirmək lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Ermənilər arvadlarını başqa millətin kişilərinə SATIRLAR" - Tükürpədən ETİRAF... / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR