Bakı, 1 may, AZƏRTAC
İcbari Sığorta Bürosu tərəfindən 24 noyabr 2014-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində yüngül xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 750 AZN (yeddi yüz əlli manat) məbləğində kompensasiya ödənişi edilib.
Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, ödəniş poçt vasitəsi ilə 30 aprel 2015-ci il tarixdə köçürülüb.