Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) devalvasiyaya məruz qalmalarına baxmayaraq, Rusiya və Türkiyənin milli valyutalarına investisiya yatırmağa davam edəcək.

Trend-in məlumatına əsasən, bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rus rublu və türk lirəsinə investisiyaların yatırılması strateji xarakter daşıyır: "Onlar uzunmüddətlidir və bu valyutaların dəyərindən asılı deyil. Buna görə də onlara investisiya qoymağa davam edəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az