Azərbaycan batutçusu: Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna ən güclü gimnastlar gələcək

Azərbaycan batutçusu: Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna ən güclü gimnastlar gələcək
14:55 12 Fevral 2019
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna ən güclü gimnastlar gələcək.

Bunu Trend-ə Azərabaycan batutçusu İlya Qrişunin deyib.

O bildirib ki, aldığı zədədən sonra məşqlər çətin keçir:

“Bu gün altıncı məşqimə çıxmışam. Vaxt azdır, öz təcrübəmə ümid edirəm. Bu turnir 2020-ci il Olimpiya oyunlarına lisenziya xarakteri daşıdığı üçün Bakıya ən güclü gimnastlar gələcək”.

Final mərhələsinə çıxmaq şanslarından danışan gimnast deyib ki, proqramı stabil icra etmək lazımdır:

“Bu idman növündə hər şey mümkündür, ona görə də hazırladığım proqramı stabil yerinə yetirmək lazımdır. Fikrimcə, şans olacaq. Psixoloji olaraq qarşıma finala çıxmaq məqsədi qoymuşam, orada isə ilk üçlük uğrunda mübarizə aparacam”.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3018255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR