"Ferrari" yeni bolidini təqdim edib

"Ferrari" yeni bolidini təqdim edib
14:37 15 Fevral 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı olan İtaliyanın “Ferrari” komandası yeni bolidini təqdim edib.
“Report” xəbər verir ki, 2019-cu il mövsümü üçün nəzərdə tutulan maşın SF90 indeksi verilib. Bolidin ənənəvi qırmızı rənginə qara elementlər də əlavə olunub.
Qeyd edək ki, yeni mövsümdə “Ferrari”nin pilotları almaniyalı Sebastyan Fettel və monakolu Şarl Leklerdir. Sonuncu finlandiyalı Kimi Raykkoneni əvəzləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ferrari-yeni-bolidini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR