Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edib

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edib
22:47 15 Fevral 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Meksika ilə sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə onun mətbuat katibi Sara Sanders "Twitter"də bildirib.
Sanders Trampın Oval kabinetdə masa arxasındakı fotosunu yayıb.
"Prezident cənub sərhədində böhranla mübarizə üçün milli fövqəladə rejim haqqında bəyannaməni imzalayır", - deyə Sanders yazıb.
Daha əvvəl Ağ Evin Aparat rəhbəri əvəzi Mik Malveyni bildirib ki, Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq etməklə divar inşası üçün vəsait əldə edə biləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-meksika-ile-serhedde-fovqelade-veziyyet-rejimi-tetbiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR