Dəmir Mayk yenə döyüşəcək?

Dəmir Mayk yenə döyüşəcək?
13:52 14 Yanvar 2015
142 İdman
Ölkə mətbuatı
A- A+

Promouter Don Kinq məşhur amerika boksçusu Mayk Taysonu rinqə qaytaracağına söz verib. Lakin bu, kanadalı Bermeyn Stivernin amerikalı Dionte Uaylderlə superağır çəkidə Ümumdünya Boks Şurasının (WBC) təkbətək döyüşündə dünya çempionu titulunu qoruyacağı halda baş verəcək. Bu barədə Trend TASS agentliyinə istinadən bildirib.

Stivernlə Uaylder arasında döyüş yanvarın 17-də Las-Veqasda baş tutacaq.

Əvvəllər Taysonla işləmiş və hazırda Stivernin maraqlarını müdafiə edən Don Kinq “BoxingScene” saytına bildirib: "Əgər Bermeyn qalib gələrsə, biz Taysonu rinqə qayıtmağa cəhd göstərəcəyik və onlar arasında döyüş təşkil edəcəyik. Təkbətək görüş “Şöhrətə qayıdış” adlanacaq. Superağır çəki yenidən diqqət mərkəzində olacaq. Bu, son illər ərzində ən əhəmiyyətli döyüşlərdən biridir".

Hazırda 48 yaşı olan Tayson karyerasını 2005-ci ildə başa çatdırıb. Onun xidmət dəftərçəsində 50 qələbə (44 nokaut), 6 məğlubiyyət yer alıb. O, iki dəfə Ginnesin Rekordlar Kitabının sertifikatlarını alıb: ən çox sayda ən sürətli nokautlara və ağır çəkidə ən gənc dünya çempionu olduğuna görə. Amerikalı həmçinin dəfələrlə "İlin boksçusu" seçilib və çəki kateqoriyalarından asılı olmayaraq idmanının bu növü üzrə müasir boksun ən yaxşı nümayəndələrindən biri hesab edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR