Cüdoçular arasında Avropa kuboku turnirinə start verilib

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar. 55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.

Günün ulduz falı - 17 FEVRAL - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR