Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub.

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR