İsveçrədə qatar relsdən çıxıb

İsveçrədə qatar relsdən çıxıb
10:17 18 Fevral 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ İsveçrənin Bazel şəhərinin dəmir yolu stansiyasının yaxınlığında Berlindən İnterlaken kurort şəhərinə hərəkət edən yüksək sürətli ICE (Intercity-Express) qatarı relsdən çıxıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveçrə dəmir yollarının saytında məlumat verilib.
Qeyd olunur ki, hadisə zamanı qatarda 240 nəfər olub.
Qəzadan sonra bütün sərnişinlər təxliyyə edilib, heç kim ağır xəsarət almayıb.
Qatarın relsdən çıxmasının səbəbləri barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-svecrede-qatar-relsden-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR