Bazar ertəsi Boliviyanın qərbində avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, yaralılar Oruro şəhər xəstəxanalarına çatdırılıb. Onlardan bəziləri ağır vəziyyətdədir.

İlkin məlumatlara görə, avtoqəza hava şəraitinin pis olması səbəbindən baş verib. Qəzanın olduğu ərazidə güclü yağış yağıb.

Milli.Az