9 min nəfərin pensiyası 2 qat artacaq - Qanun qəbul edildi

9 min nəfərin pensiyası 2 qat artacaq - Qanun qəbul edildi
13:33 19 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Publika.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, bu dəyişiklik aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşmasına xidmət edir.

“Qanuna edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu vaxta qədər pensiyanın minimum məbləği 116 manat idi, lakin 80 manat da pensiya alan var idi. Bu dəyişiklikdən sonra təkcə 9 min nəfərin pensiyası 2 dəfə artmış olacaq”.

Qanun səsə qoyularaq qəbul edilib. Dəyişiklik mart ayının 1-dən qüvvəyə minir.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/270131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR