Dünyanın ən məşhur kriptovalyutası olan bitkoin bahalaşıb.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti 19 fevral saat 15:35-də 3918 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 4.4% bahalaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
