Bu günə qədər Azərbaycanın yataqlarından hasil edilən neft və qazın həcmi açıqlandı

Bu günə qədər Azərbaycanın yataqlarından hasil edilən neft və qazın həcmi açıqlandı
11:12 20 Fevral 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dəniz yataqlarından bu günədək hasil edilən neftin ümumi həcmi 1,67 milyard ton təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında deyib.

Y.Lətifovun sözlərinə görə, bu müddət ərzində 689 milyard kubmetr qaz hasil edilib.

Quru yataqlarında hasilata gəlincə, SOCAR rəsmisi bildirib ki, neft hasilatı 978 milyon ton, qaz hasilatı isə 139 milyard kub metr təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/732273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR