Əməkdar artistin qızı filmə çəkilir - FOTO

Əməkdar artistin qızı filmə çəkilir - FOTO
12:53 20 Fevral 2019
161 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Xalid filmə çəkilir.

Publika.az xəbər verir ki, şad xəbəri bloger kimi fəaliyyət göstərən Aynişan Xalid sosial şəbəkədə məlumat verib. O bildirib ki, film məşhur əsər əsasında çəkilir:

“Çox sevinəcəksiniz, çünki maraqlı layihədir. Lakin filmin adını hələ açıqlamıram, qoy sürpriz olsun”.

Məlumat üçün bildirək ki, Aynişan uşaqlıqda əməkdar artistin "Bülbüllərim" qrupunda çıxış edib. Bir müddət sonra o, solo fəaliyyət göstərsə, hətta "Eurovision" mahnı müsabiqəsində iştirak üçün yerli seçimlərə qatılsa da, sonradan müğənnilik karyerasına son qoymağa qərar verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/270233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR