Güləşçilərimiz Macarıstanda Qran-pri turnirində iştirak edəcək

Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə "Qran-pri" keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, reytinq xarakterli turnirdə ölkəmizi 3 pəhləvan təmsil edəcək.

Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) Macarıstanda mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR