Vergilər Nazirliyində işə düzələn Günel yenidən ATV-də

Vergilər Nazirliyində işə düzələn Günel yenidən ATV-də
14:41 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Uzun müddət ATV telekanalının "Xəbərlər" proqramının aparıcısı olmuş Günel Bəhramqızı yenidən televiziyaya qayıdır.

Axşam.az xəbər verir ki, hazırda Vergilər Nazirliyində çalışan G.Bəhramqızı iqtisadiyyat sahəsi ilə bağlı veriliş hazırlandığını qeyd edib:

“Əməkdaşı olduğum Vergilər Nazirliyinin və Azad Azərbaycan Televiziyasının birgə layihəsi olan “İqtisad zona”ya aparıcılıq edəcəyəm. Burada ölkəmizdə və dünyada baş verən ən vacib iqtisadi yeniliklər tamaşaçı kütləsinə çatdırılacaq. Eyni zamanda, ilk dəfə olaraq vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı vətəndaşları, ödəyiciləri maraqlandıran xəbərləri daha dolğun, asan dildə ifadə edəcəyik. Bir sözlə, veriliş ölkənin iqtisadi mənzərəsini işıqlandıracaq. Həftədə bir dəfə gündəlik həyatımızda qarşılaşdığımız və hər birimizin marağında olan mövzuların təqdimatı ilə görüşəcəyik. Bunun üçün peşəkar komanda da formalaşıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR