​Müğənninin yeni imici təəccübləndirdi - VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb.

Metbuat.az xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcısı Elcan Rəsulovun istədiyini deyib.

“Bu Elcanın işləridir. Elcana hər şey olar, o, mənim köhnə dostumdur, xahiş etdi, mən də razılaşdım. 10 dəqiqəlik də olsa, bunu etdim ki, Elcanın ürəyincə olsun. Onun ssenarisinin alınması üçün bunu etdim, belə vəziyyətlərdə dostluq jestləri önə çıxır. Hamı bilir ki, mən heç vaxt parik filan qoymamışam, necəyəmsə, o cür də efirə çıxmışam. Sadəcə, bu dəfə Elcan belə görmək istədi, mən də razılaşdım” - deyə Əli Mirəliyev bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı