Venesuela Braziliya ilə sərhədi bağlayıb

Venesuela Braziliya ilə sərhədi bağlayıb
01:02 22 Fevral 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro fevralın 23-də təyin olunan humanitar yardımın tədarükünə başlamazdan əvvəl Braziliya ilə sərhədin tamamilə bağlanacağını açıqlayıb.
“Report” xəbər verir ki, onun çıxışı "Periscope"də yayımlanıb.
"Fevralın 21-dən yeni elana qədər Braziliya ilə quru sərhədi tamamilə bağlanacaq", - deyə Maduro bildirib.
O həmçinin Kolumbiya ilə sərhədlərin bağlanmayacağını deyib.
"Kolumbiya ilə bu məsələni nəzərdən keçirirəm", - deyə Venesuela lideri bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-braziliya-ile-serhedi-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR