Daşınan cihazlar – dəblə ayaqlaşan, amma populyar olmayan məhsullar

Daşınan cihazlar – dəblə ayaqlaşan, amma populyar olmayan məhsullar
14:41 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Günümüzdə daşınan qurğuların populyarlığı sözügedən elektronika kateqoriyası istehsalçılarının istədiyi səviyyədə deyil.

“GlobalWebIndex” analitikləri belə cihazlardan istifadə edən istehlakçıların sayını müəyyən etmək üçün tədqiqat keçirib.

Mütəxəssislər tərəfindən keçirilmiş sorğuda dünyanın 32 ölkəsindən təxminən 170 min yaşlı istifadəçi iştirak edib. Onların yalnız 9 faizi "ağıllı" saata, daha 7 faizi isə “ağıllı” qolbağa malikdir. Bu halda respondentlərin 80 faizi öz smartfonundan, 91 faizi fərdi kompüterdən istifadə edir.

Məlumata əsasən, daşınan elektronika sahiblərinin əksəriyyəti 25-34 yaş aralığında Asiya-Sakit okean regionunda yaşayan kişilərdir. Smart qolbaq və "ağıllı" saatlar əvvəlki kimi ucuz məhsullardır və daşınan elektronika istehsalçıları hələ geniş istehlakçı kütləsinin ürəyinə yol tapmalıdır.
 

Tədqiqat zamanı, həmçinin məlum olub ki, istifadəçilərin 75 faizi öz smartfonlarından internetə çıxışa malikdirlər. İstifadəçilərin gündəlik mobil qurğulara sərf etdikləri vaxt  2012-ci ildə qeydə alınmış 40 dəqiqədən təxminən 2 saatadək artıb. Afrika və Yaxın Şərq ölkələrində bu göstərici 3 saatı ötür.
Bu onunla izah olunur ki, planşet və ya smartfonlar getdikcə ənənəvi fərdi kompüter və noutbukları əvəz edir. Əməliyyat sistemlərinə gəlincə, “GlobalWebIndex”in tədqiqatına əsasən, “Android” mobil platforması liderdir.

Bu arada daşınan elektronika ən "qaynar" yüksəktexnologiyalı trendlərdən biri hesab edilir.
Daşınan cihazlar seqmentində “ağıllı” saatlar hələ ki aktiv inkişaf edən kateqoriya olaraq qalır. 2014-cü ildə böyük texnologiya şirkətlərinin əksəriyyəti bir sıra qurğular buraxıb, kiçik startaplar isə “Kickstarter”də istehsal üçün pul toplayıblar.

Yalnız son istehlakçılar deyil, həm də reklamçılar daşınan texnologiyaların inkişafını diqqətlə izləyir. Sağlam həyat tərzi üçün proqram təminatına malik daşınan qurğular, həmçinin marketoloqlara daşıyıcının fəaliyyəti haqqında əlavə məlumat almaq imkanı verir. Nəticədə reklamlar daha dəqiq ünvanlanır.


Emil Hüseynov
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR