"Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Viravul kənd 1 saylı tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Azər Rəcəbli, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Rəcəbli çıxışında keçirilən maarifləndirici tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında şagirdlərin zərərli vərdişlərdən və mənfi meyillərdən qorunmasının zəruriliyini qeyd edib. Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirləri haqqında məlumat verib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında zərərli vərdişlər və onların fəsadları haqqında məlumat verərək, gənclərin bu baxımdan maarifləndirilməsinin vacibliyini bildirib. Şöbənin digər əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm, onun mahiyyəti və radikalizmə qarşı aparılan mübarizə metodları, habelə, erkən nikah və onun fəsadları barədə danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR