İtaliya A Seriyasında 25-ci tura start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Milan" evdə "Empoli"ni qəbul edib. Görüş "qırmızı-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Milan" - "Empoli" - 3:0
Qollar: Kriştof Pyontek, 49, Frank Kessi, 51, Samu Katilyexo, 67
Qeyd edək ki, turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cü, "Milan" 45 xalla 4-cüdür.
Milli.Az