Kolumbiya rəsmisi: Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb

Kolumbiya rəsmisi: Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb
06:22 24 Fevral 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Kolumbiyanın Xarici İşlər Nazirliyinin başçısı Karlos Olmes Truxilo bildirib ki, Venesuela ilə sərhəddə toqquşmalar nəticəsində yüzlərlə insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə TASS bildirib.
"Gözyaşardıcı qazdan və silahdan istifadə nəticəsində 285 nəfər xəsarət alıb ", - deyə Truxilo qeyd edib.
Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.
Kolumbiyanın Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, zərər çəkmiş 255 venesuelalı arasında 30 kolumbiyalı da var.
Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalarnəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/gozyasardici-qaz-ve-silahdan-istifade-neticesinde-285-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR