Ailə strategiyası bu il

"Azərbaycan Respublikasının Ailə Strategiyası"nın bu il qəbul edilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur.

H.Hüseynova əlavə edib ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir:

"Həmçinin qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Bununla bağlı "Azərbaycan Respublikasının Ailə Strategiyası" layihəsi hazırlanır və bu il həmin sənədin qəbul edilməsi nəzərdə tutulur".

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR