"Lester Siti" futbol klubunun fransalı baş məşqçisi istefa verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Klod Pyuelun komandasının son turlarda Premyer Liqada uğursuz nəticələr göstərməsi olub.

Mütəxəssis ötən gün komandasının "Kristal Pelas"a 4:1 hesabı ilə ağır məğlub olmasından sonra istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, "Lester Siti" komandası hazırda 32 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Sərdar Məmmədov / Metbuat.az

İnanılmaz resept: Limon, duz, istiot... - 9 xəstəliyin dərmanı / VİDEO - Oxumaq üçün tıkla