Ötən günlərdə 21 fevral tarixində 7-8 bal ölçüdə böyük zəlzələ olacağını iddia edən və özünü zəlzələ proqnozçusu kimi tanıdan Frank Hoogerbets yeni bir iddia yenidən yayımlayıb.
Metbuat.az xəbər verir ki, o, bu gün 9 bal gücündə bir zəlzələnin meydana gələcəyini iddia edib. Frank Hoogerbets bu proqnozunu 1960 və 1964-cü illərdə Çilidə 9.5 və Alyaskada 9.2 bal gücündə zəlzələləri əsas götürərək verib.
Hoogerbetsə görə, hər iki zəlzələnin yaratdığı şərtlərlə 27 fevral 2019-cu ildəki şərtlər eynilə bənzərdir.
Onun açıqlamasından sonra 22 fevralda Ekvadorda 7.7 bal ölçüdə zəlzələ baş vermişdi.