“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sabah işgüzar naharda ABŞ lideri Vyetnam Prezidenti və Baş naziri ilə görüşəcək, axşam Kim Çen Inla hələ məkanı açıqlanmayan yerdə danışıqlar aparacaq.
Əvvəlcə təkbətək söhbət edəcək ABŞ və Şimali Koreya liderləri daha sonra dövlət katibi Mayk Pompeo və Ağ Ev-in Aparat rəhbəri əvəzi Mik Malveinin, həmçinin Koreya Əməkçilər Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yonq Çolun da iştirakı ilə şam yeməyində görüşəcəklər.
Qeyd edək ki, Şimali Koreya lideri də artıq Hanoiyə gedib.