Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatında - "Haradan haraya"

Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatında - "Haradan haraya"
18:47 17 Mart 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur futbolçu, vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi klubların formasını geyinmiş Maykl Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatının da diqqətindən yayınmayıb.

Milli.Az Qol.az-a istinadən bildirir ki, qardaş ölkənin önəmli mətbu orqanlarından "Fanatik" və "Milliyət" nəşrləri qanalı yarımmüdafiəçinin keçidindən yazıblar. Xəbəri "Fanatik" "İlin transfer sürprizi! Maykl Esyen imzaladı", "Milliyət" isə "Esyendən ikili imza! Haradan haraya" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, "Səbail"lə 1,5 illik müqavilə imzalayan 36 yaşlı futbolçu həm də klubun U-19 komandasının məşqçilər korpusunda çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR