"Yuventus"dan gözlənilməz məğlubiyyət

"Yuventus"dan gözlənilməz məğlubiyyət
19:17 17 Mart 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasında 28-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çempionatın lideri "Yuventus" bu tur gözlənilmədən məğlub olub. Səfərdə "Cenoa"nın qonağı olan Turin klubu 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldoya istirahət verdiyindən portuqaliyalı superulduzun adı "Cenoa" ilə matçın iştirak ərizəsinə salınmayıb.
17 mart

"Cenoa" - "Yuventus" - 2:0
Qollar:
 S. Sturaro, 72 (1:0), Q. Pandev, 81 (2:0)

Qeyd edək ki, hazırda 75 xalla turnir cədvəlinə başçılıq edən "qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 18 xal qabaqlayır. Neapollular liderdən 1 oyun az keçiriblər. "Cenoa" isə 33 xalla 12-ci sırada qərarlaşıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR