Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir – Terror aktından sonra

Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir – Terror aktından sonra
09:55 18 Mart 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yeni Zelandiyanın Nazirlər Kabineti ölkədə silah dövriyyəsinin nizamlanmasını nəzərdə tutan qanunvericiliyə yenidən baxılması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bəyan edib.

O bildirib ki, qərar qanunun sərtləşdirilməsi ilə bağlıdır: "Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub, 10 gündən sonra dərc ediləcək".

C.Ardern vurğulayıb ki, Yeni Zelandiyanın Kraystçerç şəhərindəki terror aktından sonra bu addımın atılması zərurətə çevrildi.

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3034604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR