“Report” “The Standard”a istinadən xəbər verir ki, orta mənzilli “yer-hava” sinfinə aid raketin Seuldan 85 kilometr şimal-şərqdəki Şunçeon hərbi hava bazasından cari baxış işləri əsnasında təsadüfən buraxılması nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Havaya qalxandan sonra raket avtomatik olaraq partladılıb.
Hadisəyə dair araşdırmalar aparılır.