"Report"un məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.