Serbiyada prezidentin istefası istənilir - FOTO

Serbiyada prezidentin istefası istənilir - FOTO
15:17 18 Mart 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

Serbiyada prezident Aleksandr Vuçiçin siyasətindən narazı olan aksiya iştirakçıları Serbiya Teleradiosunun (RTS) binasını yumurta atəşinə tutublar, divarlara vərəqələr yapışdırıblar, sonra isə telemərkəzin binasına soxularaq birbaşa efir tələb ediblər.

Milli.Az European-a istinadən bildirir ki, iğtişaşlara səbəb müxalifət liderləri Boşko Obradoviçlə Draqan Cilasın siyasi teleşouya buraxılmaması idi.

Binanı ələ keçirən nümayişçilər sonra dama çıxıblar. Onlar avadanlığın bir hissəsini sıradan çıxarıblar. Polis nümayişçiləri binadan çıxarandan 4 saat sonra RTS-in yayımı bərpa olunub.

"Telekanal redaksiya siyasətində müstəqildir. Lakin aksiya iştirakçıları gündəmi özbaşına müəyyənləşdirmək fikrinə düşərək aksiyalarını legitimlikdən məhrum ediblər", - RTS-in rəzbəri Draqan Buyoşeviç deyib.

Dünən Vuçiç RTS-dəki situasiya ilə bağlı mətbuat konfransı keçirib.

Onlarla partiyanı birləşdirən "Serbiya Uğrunda İttifaq" Müxalifət hərəkatının liderləri tərəfdarlarını Belqradda prezident iqamətgahını mühasirəyə almağa çağırıblar. Onlar polis sədlərini yararaq binanı mühasirəyə alıblar.

Onlar "Vuçiç oğrudur!" qışqırıblar, ölkənin ali rəhbərliyinin istefasını və azad seçkilərin keçirilməsini tələb ediblər.

Nümayişçilər Vuçiçin çıxaraq onlara cavab verməsni də istəyiblər. Lakin Serbiya prezidenti iş qrafikini dəyişməkdən imtina edib. Daha sonra isə o, DİN başçısı Neboyşa Stefanoviçlə şahmat oynadığı zaman çəkilmiş fotonu paylaşıb.

İğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR