Qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı "ARB 24" hər ötən gün daha çox tamaşaçı kütləsi toplamağı bacarır.
Metbuat.az xəbər verir ki, 24 saat ərzində ölkə və dünya gündəmini, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edən telekanal həm də rəsmi "Youtube", "Facebook" və "İnstagram" sosial hesabları ilə də izləyicilərini daima məlumatlandırır.
Ancaq "ARB 24" telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz saxta səhifələr yaradan, ünvan kimi kanalın faktiki ünvanını qeyd edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Araşdırmalar nəticəsində bu hesabları "ARB 24"dən qovulmuş əməkdaşların idarə etdiyi müəyyən edilib.
Məsələ ilə bağlı "ARB 24"ün mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib:
"Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, telekanala aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı "qara piar" xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər.
İzləyicilər "ARB 24"ün rəsmi www.24.arbtv.az saytından "Facebook", "İnstagram" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:
Qeyd edək ki, "ARB 24" adından istifadə edərək özünü telekanalın əməkdaşı kimi təqdim edən şübhəli şəxslərlə qarşılaşdığınızda qaynar xəttimizlə (+994 50 201 93 93) əlaqə saxlamağınızı xahiş edirik.
Facebook: (https://www.facebook.com/arb24tv)
İnstagram: (https://www.instagram.com/24.arbtv.az/)
Youtube: (https://www.youtube.com/channel/UC44ToFclJwakpqw1Wh6iW-A)"
ARB 24-ün keçmiş əməkdaşları telekanal adından sui-istifadə edirlər
Həmçinin oxu
Məşhur müğənnini 10 il həbs gözləyir
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Qələbə qazana bilərdik” - Abdulla Xayballayev
Bu gün
·
02:13
106 il əvvəl Nəriman Nərimanov bu faytonla Şəkiyə gəlibmiş - FOTO
Bu gün
·
00:15
4 bürcün həyatında dönüş dövrü başlayır
Bu gün
·
00:11
Bakıda hündürmərtəbəli binada yanğın baş verib
Dünən
·
23:47
Türkiyə bayrağının endirilməsi iddiasına RƏSMİ CAVAB
Dünən
·
23:31
Sabah bu ərazilərdə işıq olmayacaq
Dünən
·
23:10
Naxçıvanda ağır qəza - Bir nəfər öldü, səkkiz nəfər yaralandı
Dünən
·
22:43
"Sabah" öz evində "Borussiya"ya məğlub oldu - Yenilənib
Dünən
·
22:36
İran Hörmüz boğazında tankerə atəş açıb
Dünən
·
21:57
Özgür Özel nazirə 750 min lirə təzminat ödəyəcək
Dünən
·
21:24
Sevgidə heç vaxt bəxti gətirməyən 3 bürc
Dünən
·
20:48
Şəkinin tarixi siması dəyişir: Turistləri hansı yeniliklər gözləyir?
Dünən
·
20:32
Fransada "Qalatasaray”ın oyunçularını 6 snayper qoruyacaq
Dünən
·
20:08
“Çox müştərisi olan mağaza həmişə uğurlu deyil” - MÜSAHİBƏ
Dünən
·
19:58
Türkiyə millisinin yeni baş məşqçisinin adı açıqlandı
Dünən
·
19:47