"Çelsi" Ukrayna klubunu UEFA-ya şikayət edib

"Çelsi" Ukrayna klubunu UEFA-ya şikayət edib
18:37 18 Mart 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə təmsilçisi "Çelsi" Ukraynanın "Dinamo" (Kiyev) klubunu UEFA-ya şikayət edib.
"Report" "Evening Standard"a istinadən xəbər verir ki, səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Kiyevdəki cavab oyununda azarkeşlərin London təmsilçisinin oyunçusu Kallum Hadson-Odoiyə qarşı irqçi ifadələr işlətməsi və təhqir etməsidir.
Bildirilib ki, meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər. 19 yaşlı hücumçu hadisə ilə bağlı klub rəhbərliyinə müraciət edib. Görüşün UEFA nümayəndəsinə isə məlumat verilib. UEFA məsələ ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyən İngiltərə klubu 1/4 finalda Çexiya "Slaviya"sına rəqib olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-ukrayna-klubunu-uefa-ya-sikayet-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR