“Bacanaqlar”da bu dəfə Afəti ələ saldılar - VİDEO

“Bacanaqlar”da bu dəfə Afəti ələ saldılar - VİDEO
18:47 18 Mart 2019
139 Şou
Ölkə mətbuatı
A- A+

10 ildir davam edən "Bacanaqlar" serialının budəfəki hədəfi toy müğənnisi Afət Fərmanqızı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin bir bölümündə qonaq qismində rəqqasə Oksana Rəsulova iştirak edib.

O, serialın qəhrəmanlarına hind rəqsini öyrətməyə çalışıb. Ancaq rəqsə öyrətdiyi mahnı Afət Fərmanqızının İmadəddin Nəsiminin "Pəncü şeş" qəzəli ilə sintez etdiyi hind mahnısı "Tune Maari Entriyaan" olub.

Onların sosial şəbəkədə yayılan videosu maraqla və gülüşlə qarşılanıb.

Qeyd edək ki, serialda bir neçə həftə öncə Şəbnəm Tovuzlunun "Gucci" mövzusu ələ salınmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/740043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR