Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLENT

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLENT
22:04 18 Mart 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev bu gün təqdimat mərasimində fotokameralara tuş gəlib. 

 

O, müğənni Nigar Camalın "Get həyatımdan" adlı klipinin təqdimatına qatılıb.

Buna səbəb M.Quliyevin oğlu Murad Qulubəylinin də ekran işində rol alması olub.

"Yaradıcı gəncləri təbrik edirəm. Onlara daim Ulu Öndər dəstək olub. Gənclərin uğurları onun ruhunu şadlandırır. İndiki gənclər 15 il əvvəlki gənclər deyil, daha istedadlıdırlar. Sizi təbrik edirəm" - deyə, M.Quliyev bildirib. 

Murad Qulubəyli isə bildirib ki, aktyor olmaq istəyir, atası M.Quliyev isə daim ona dəstək olur. 





(axsam.az)

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR