Üzeyir müğənnilərin "Youtube" saxtakarlığından danışdı

Üzeyir müğənnilərin "Youtube" saxtakarlığından danışdı
11:52 19 Mart 2019
90 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Üzeyir Mehdizadə "Yotube"də trendə düşən ifaçıların saxtakarlığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı deyib ki, bu gün sinəsinə döyüb, videosu trendə düşdüyünü deyənlərin hamısı onu süni yolla edir:

"Bu işdə düzgünlüklə zəhmət çəkib nəticə gözləyənlər var, amma bəzi fırıldaqçılıqlara görə hazırda Azərbaycan "Youtube" trendində saxtakarlıqlar davam edir. Bilmək istəyirəm ki, tək mən hiss edirəm bu hadisələri, yoxsa siz də görürsünüz? Bu saxtakarlıqda kimlər ki, iştirak edib, haqla nahaqqı qarışdırırlar, İnşallah, onlar da əməllərinin nəticəsini görər".

Üzeyir bildirib ki, "Nostalji Mix" adlı yeni layihəsi 250 min baxış toplayıb, amma trendə düşməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/740203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR