İtaliyada miqrant 51 məktəblinin olduğu avtobusu yandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Milan yaxınlığında yaşanıb. Məlumata görə, avtobusun 47 yaşlı sürücüsü nəqliyyat vasitəsinin üstünə benzin tökərək yandırmağa çalışıb. Nəticədə 12 məktəbli və 2 müəllim tüstüdən zəhərlənib. Polis sürücünü saxlayıb.

Onun Seneqal əsilli miqrant olduğu, 2004-cü ildə İtaliyada vətəndaşlıq aldığı məlum olub. Şahidlərin sözlərinə görə, həmin şəxs avtobusa benzin tökərkən "Aralıq dənizindəki ölümləri dayandırmaq istəyirəm"- qışqırıb.

Güman edilir ki, söhbət Afrika və Yaxın Şərq ölkələrindən olan miqrantların Aralıq dənizində bataraq ölməsindən gedir.

Milli.Az