"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Maksimir" stadionundakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Futbolçular yüngül qaçışdan sonra toplu çalışmalar üzərində çalışıblar.
Martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.






