Ukraynaya AĞIR ZƏRBƏ: Rusiya tarixi açıqladı

Ukraynaya AĞIR ZƏRBƏ: Rusiya tarixi açıqladı
06:38 21 Mart 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ukrayna ərazisi vasitəsilə təbii qazın nəqlini 2020-ci il 1 yanvar tarixində dayandıracaq.

Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev “RBK-Ukrayna”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın “Qazprom” şirkəti bununla bağlı qaz alıcılarına məlumat verib.

Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Ukrayna ərazisi vasitəsilə qazın tranziti Moskva üçün əlverişsizdir. Nazir qeyd edib ki, köhnəlmiş qaz nəqliyyat sistemi ilə əlaqədar olaraq Ukrayna istiqaməti başqa marşrutlardan – “Yamal-Avropa” və “Şimal axını-1”dən 2-2,5 dəfə daha baha başa gəlir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/273301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR