Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start verilib.
Qol.az xəbər verir ki, milli komandamız da mübarizəyə başlayıb.
Yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşır. Komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşıdır.
Son dünya çempionatının finalçısı matçın aşkar favoritidir.
Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu, 1-ci tur
23:45. Xorvartiya - Azərbaycan - 0:1 (Birinci hissə)
Qol: Ramil Şeydayev, 19
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu