Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu dəfə üç qrupda mübarizəyə start veriləcək.

A qrupunda İngiltərə Çexiyanı qəbul edəcək. Digər görüşdə isə Monteneqro Bolqarıstanın qonağı olacaq.

B qrupunda Portuqaliya- Ukrayna görüşü keçiriləcək.

Ölkəmizdə Türkiyənin səfərdə Albaniyaya qarşı keçirəcəyi görüş xüsusi maraq kəsb edir.

Son dünya çempionu Fransa isə Moldovanın qonağı olacaq.

22 mart

A qrupu

21:00. Bolqarıstan - Monteneqro
Sofiya. Vasil Levski Milli Stadionu

23:45. İngiltərə - Çexiya
London. "Uembli" stadionu

B qrupu

23:45. Lüksemburq - Litva
Lüksemburq. Jozi Bartel stadionu

23:45. Portuqaliya - Ukrayna
Lissabon. "Benfika" stadionu

H qrupu

23:45. Albaniya - Türkiyə
Şkoder. Loro Boriçi stadionu

23:45. Andorra - İslandiya
Andorra la Vella. Milli stadion

23:45. Moldova - Fransa
Kişinyov. "Zimbru" stadionu

Milli.Az