Deputat: İranda 100-ə qədər yüksək çinli məmurun ikili vətəndaşlığı var

Deputat: İranda 100-ə qədər yüksək çinli məmurun ikili vətəndaşlığı var
14:15 26 Mart 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək çinli məmur ikili vətəndaşlığa və “Green Card”a malikdir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3036942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR