Mərkəzi Amerika ölkəsi olan Qvatemalada dəhşətli yol nəqliyyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, qəzada 32 nəfər ölüb. Hadisə nəticəsində 9 nəfərin yaralandığı bildirilir.
Ölkənin səhiyyə naziri Karlos Soto bildirib ki, xəstəxanaya yerləşdirilən 9 nəfərin vəziyyəti ağırdır.
Bu son illərdə Qvatemalada baş verən ən dəhşətli qəzadır. Bundan əvvəl 2013-cü ildə avtobusun uçuruma yuvarlanması nəticəsində 43 nəfər ölmüşdü.
Qəza ilə bağlı ətraflı məlumat açıqlanmayıb.