BDU-da soyqırımı qurbanları anılıb (FOTO)

BDU-da soyqırımı qurbanları anılıb (FOTO)
17:36 28 Mart 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb.

Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 ildə ölkəmizin informasiya cəbhəsində öz sözünü inamla, sübut və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasından bəhs edib.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini bildirib. O, XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat verib, onu bəşər tarixinin ən qəddar cinayətlərindən biri adlandırıb.

Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.

Tədbir BDU tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası" sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3038185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR