İranın müxtəlif vilayətlərində baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb.
Metbuat.az-ın məlumatına görə, fəlakət nəticəsində 44 nəfər ölüb, 265 nəfər yaralanıb.
Xatırladaq ki, 10 gün ərzində İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb.
Aysel Yaqubqızı / Metbuat.az
Qvatemalada dəhşətli hadisə: 30 ölü, 4 yaralı - Matəm elan oldu