"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Mavi Evin (Koreya Respublikasının prezidentinin rəsmi iqamətgahı) bəyanatında deyilir.
"Liderlər hərtərəfli danışıqlar aparacaqlar və Vaşinqton və Seul arasında alyansın möhkəmləndirilməsi yollarını və tam denuklearizasiyası yolu ilə Koreya yarımadasında sülhün bərqərar olması üzrə mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər", - bəyanatda deyilir.