2 ay yataraq film izləyəcək könüllüyə

Ötən həftələrdə Marsa göndərəcəyi kosmonaftlar üçün axtardığı xüsusiyyətlər arasında zarafatcıl olmasını da tələb edən Amerika Aviasiya və Kosmos Dairəsi Nasa yeni bir iş elanı ilə gündəmə düşüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Nasa mikro cazibə qüvvəsinin təsirlərini araşdırmaq üçün iki ay müddətində yataraq film izləyəcək könüllü axtarır. Edilən açıqlamaya görə, işə götürülən şəxslərə 2 aya görə, təxminən 30 min manat məbləğ ödənəcək.

Almaniyanın Köln şəhərndəki Kosmos Araşdırma Mərkəzində görüləcək iş üçün 12-si qadın, 12-si kişi olmaqla 24 könüllü seçiləcək.

Namizədlərdə tələb olunan şərtlər arasında 24-55 yaşlarında olması, almanca bilməsi və hər hansı bir sağlamlıq probleminin olmamasıdır.

https://metbuat.az/news/1154828/her-kes-bu-xestexanadan-danisir-9-tibb-bacisi-eyni-anda.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR