“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 3-də və 6-da baş tutacaq görüşlər üçün 22 futbolçuya dəvət göndərilib. Onların arasında Rusiya, Türkiyə və Estoniya klublarında çıxış edən oyunçular da var.
“Dalğa Arena”da keçiriləcək oyunlar müvafiq olaraq saat 16:30-da və 12:00-da başlayacaq.